Ana karantin qaydalarını pozan oğlunu polisə təslim etdibackend

Ana karantin qaydalarını pozan oğlunu polisə təslim etdi

Koronavirus testi müsbət çıxan kişi şəhərdə gəzməyə çıxıb. Ancaq anası polisə xəbər verdiyi üçün səfər uzun çəkməyib. Asayiş keşikçiləri onu saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə 360tv.ru hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla xəbər yayıb.

Hadisə Rusiyanın paytaxtında qeydə alınıb.

Məlum olub ki, 36 yaşlı moskvalıda iki gün əvvəl koronavirus təsdiqlənib, lakin xəstəliyi yüngül keçirdiyi üçün xəstəxanaya yerləşdirilməyib. Sadəcə, bütün ailə üzvlərinə evdən çıxmaq qadağan edilib. Xəstə isə bu qadağaya cəmi bir gün dözüb.

Kişi saxlanılaraq, məcburi olaraq sığınacağa yerləşdirilib. Artıq icbari müalicədən əlavə, onu cərimə də gözləyir.

oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*