Ana səhifə Dünya  Putin beş ölkənin liderini Moskvada toplayır: Artıq biri məlumdurbackend

Putin beş ölkənin liderini Moskvada toplayır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) may ayında Moskvada keçirilməsi planlaşdırılan yubiley sammitinə hazırlıq gedir. Sammitin vaxtı artıq bəllidir, amma daha sonra açıqlanacaq.

KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidmətinin məlumatına görə, ölkə rəhbəri Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında sammitə dəvətə görə təşəkkür edib.

KTMT-yə üzv olan digər dövlətlərin başçılarının Moskvaya gəlib-gəlməyəcəyi isə məlum deyil.

Kremlin sözçüsü Dmitri Peskov bununla bağlı suala belə cavab verib: “Bu barədə danışmaq hələ tezdir. Hazırlıq gedir. Sizə məlumat verəcəyik”.

Sammitin mayın ortalarında keçiriləcəyi gözlənilir.

KTMT-yə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus, Rusiya və Ermənistan daxildir.//Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*