Anna Akopyan müharibə vaxtı yaratdığı “Erato” qadın hərbi hissəsindən ÜZR İSTƏDİbackend

Anna Akopyan müharibə vaxtı yaratdığı "Erato" qadın hərbi hissəsindən ÜZR İSTƏDİ

“Heyətimdəki bütün qadınlardan üzr istəyirəm”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin həyat yoldaşı Anna Akopyan Facebook səhifəsində yazıb. O, onun təşəbbüsü ilə yaradılmış “Erato” qadın hərbi hissəsindən üzr istəyib.

“Qarabağdakı 44 günlük müharibədən iki il sonra mən “Erato” heyətindəki bütün qadınlardan bu iki il ərzində baş verənlərə, istehza obyektinə çevrildikləri üçün üzr istəmək istəyirəm.

“Erato” heyətinin qadınları təqib edildi, məsxərəyə qoyuldu və kraliça Eratonun adı lənətə çevrildi. Bunu cəmi bir neçə min adam etdi. Amma bunu həm Ermənistanda, həm də diasporda bir neçə milyon insan sükutla izlədi”, – deyə Akopyan yazıb.

O, erməni xalqını onun yaratdığı dəstənin əhəmiyyətini başa düşmədiyinə və qiymətləndirmədiyinə görə qınayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*