Antarktidanın mərkəzi hissəsində yerləşən və planetin ən soyuq nöqtəsi hesab edilən “Vostok” stansiyasında bütün müntəzəm müşahidələr tarixində ən yüksək qış temperaturu qeydə alınıb.
KONKRET.az xəbər verir ki, hazırda Antarktidada qışdır. Belə ki, iyul və avqust qitə üçün ən soyuq aylardır.
Belə ki, avqustun 6-da termometr mənfi 34,2 dərəcəni göstərib. Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun mətbuat xidməti xəbər verir ki, stansiyada iyulda orta uzunmüddətli temperatur -66,6 dərəcə, avqustda -67,6 dərəcə təşkil edir. Üstəlik, rekord minimum 1983-cü ildə – mənfi 89,2 dərəcə olub.
Rəsmiyyə Şərifova,
KONKRET.az
