backend

Anti-Türkiyə koalisiyası formalaşdırıla bilərmi? - Ermənistanın yeni olmayan PLANI

KONKRET.az saytı xəbər verir ki, erməni ideoloqları Türkiyə Prezidenti Tayyib Ərdoğanın hərbi kontingentin Liviyaya göndərilməsi məqsədilə parlamentə sənəd göndərmək niyyətini şərh ediblər. Erməni mediası bunu ilk növbədə neo-Osmanlı ideologiyasının və strategiyasının təbliğ edilməsi kimi xarakterizə edir. Erməni siyasi ekspertlərinə görə, Ərdoğan Ankaranın keçmiş Osmanlı İmperiyası ərazilərində təsirini bərpa etmək istəyir və bu məqsədlə Türk qoşunlarını bu strategiyanın tərkib hissəsi kimi təqdim edir.

Məsələn, Liviya neçə əsrlər boyu Osmanlı İmperiyasının tərkibində olub və indi davam edən vətəndaş müharibəsi şəraitində Ankara oraya qayıtmaq istəyir.

Erməni mediası böyük canfəşanlıqla belə bir tezis yayır ki, Ankara Aralıq dənizində varlığını artırır və bu bölgənin müxtəlif guşələrində, eləcə də öz sərhədləri boyunca türk oxunu meydana gətirir. Bu ölkənin Şimali Suriya, Şimali Kipr və Şimali İraqda hərbi bazaları var. İndi baza Liviyada yerləşdiriləcək.

Ankara əslində bölgədə öz maraqları olan dünya gücləri ilə baş-başadır. ABŞ, Rusiya, İran, ərəb dünyası Liviya, Suriya, İraq, Kipr və s. ölkələrdə hərbi-siyasi maraqlarını müdafiə edir.

Ermənilər daha çox diqqəti bu fikrə çəkirlər ki, Türkiyə müxtəlif bəhanələrlə – keçmiş İraq İmperatorluğunun sərhədlərinə “qayıdır” – İraqda Kürd Fəhlə Partiyası ilə mübarizə, Şimali Kiprdəki türk əhalisinin müdafiəsi və Liviyada yerli hakimiyyət orqanlarının dəvətindən istifadə edir. Bütün bunlar Türkiyənin iqtisadi, geosiyasi maraqlarını qorumaq və Aralıq dənizinin bu mühüm ərazisindəki Ankaranın mövqeyini gücləndirmək üçün edilir.

Erməni ideoloqları hesab edir ki, Ermənistanın Aralıq dənizindən uzaq olmasına baxmayaraq, Türkiyə-Azərbaycan tandeminin mühasirəsində olan respublika Türkiyəyə qarşı müttəfiq tapmağa çalışmalı və Ankaranın pan-türk və neo-Osmanlı istəklərini məhdudlaşdırmalıdır.

Bunun üçün Türkiyənin Yunanıstan, Kipr, Suriya ilə bir çox problemi fonunda Ermənistan bu ölkələrlə hərbi-siyasi əlaqələrin gücləndirilməsinə, anti-Türkiyə koalisiyasının formalaşdırılmasına və beləliklə, müəyyən mənada Cənubi Qafqazdakı Türkiyə əleyhinə genişlənmə və strategiyanın tarazlaşdırılmasına diqqət yetirməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*