“Aptekə maskasız olmaz” – FOTOFAKTbackend

"Aptekə maskasız olmaz" - FOTOFAKT

Məlumdur ki, virusla mübarizədə ən vacib şərtlərdən biri də tibbi maskalardan istifadədir. Məhz elə bu səbəbdən marketlərə, iaşə və xidmət obyektlərinə, ümumən qapalı məkanlara maskasız giriş qadağan edilib. Və bunun üçün obyektlərin üzərinə “Maskasız daxil olmaq qadağandır” xəbərdarlığı yazılmış lövhələr vurulub. Təbii ki, bu, təqdir ediləsi haldır.

Maraqlıdır ki, belə bir lövhə Bakının Yeni Yasamal rayonunda yerləşən “Kanon”  aptekin giriş qapısına da vurulub.

KONKRET.az xəbər verir ki, bu, sosial şəbəkələrdə absurd bir hal kimi müzakirələrə səbəb olub. Əşrəf Hacıyev adlı istifadəçi dünən tibbi maska almaq məqsədilə aptekə daxil olmaq istəyəndə maska taxmadığına görə hər iki satıcı onun girişinə qadağa qoyub. “Ay xanım, maskanı evdə istehsal etmirəm ki?! Elə maska almağa gəlmişəm də…”, – deyən Ə.Hacıyevin iradından sonra satıcı xanımlar ona elə qapının ağzındaca maska satıblar.

Görünən odur ki, Səhiyyə Nazirliyi koronavirusla mübarizədə çox ciddi tədbirlər fonunda ifrata varıb.

Bu da cəmiyyətdə haqlı olaraq qınağa səbəb olub.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*