Ermənistan Qarabağdan fərqli olaraq Zəngəzur məsələsində daha çox qətiyyət göstərməyə çalışır.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Türkiyədə nəşr olunan “Jamanak” qəzetinin baş redaktoru Ara Qoçunyan bildirib.
“Ermənistanın Qarabağ münaqişəsindəki laqeydliyi “Artsax”ın (Qarabağdakı sabiq qondarma rejim) itirilməsinə gətirib çıxardı ki, bu da erməni cəmiyyətində qütbləşməni dərinləşdirdi”, – deyə o, qeyd edib.
Qoçunyan hesab edir ki, Ermənistan Zəngəzur məsələsində daha çox qətiyyət və tarazlıq nümayiş etdirməyə çalışır.
“Hətta ciddi qütbləşmə şəraitində belə, Ermənistanda bütün qüvvələr Zəngəzurla bağlı eyni mövqedədir”, – Qoçunyan bildirib.
O, Ermənistan üçün vacib olan bu məqamda milli qüvvələrin dövlət daxilində birləşməsinin vacibliyini göstərib.
Günel Mikayılova,
KONKRET.az