Arestoviç yenə Ukraynanı icazəsiz tərk etdibackend

Arestoviç yenə Ukraynanı icazəsiz tərk etdi

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirir ki, ölkə Prezidentinin Aparatının keçmiş müşaviri Aleksey Aretoviçə xaricə getməsi üçün heç bir məktub və ya sənəd təqdim etməyib.

KONKRET.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat paylaşılıb. Onlar bu gün Baş Kəşfiyyat İdarəsinin Aretoviçin gedişində əli olması ilə bağlı yayılan məlumatı saxta adlandırıblar.

“2023-cü il sentyabrın 4-də Aleksey Arestoviç adlı şəxsin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məktubu əsasında sərhədi keçərək Ukraynanı tərk etməsi ilə bağlı NGL.mediada dərc edilən məlumat həqiqətə uyğun deyil” – Baş Kəşfiyyat İdarəsi bəyan edir.

Qeyd olunur ki, genişmiqyaslı müharibə başlayandan Arestoviç dəfələrlə Ukraynadan kənara səfər edib, lakin o, həmişə geri qayıdıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*