DƏHŞƏT: Bu ərazidə raket partladı, alov səmaya qalxdı – ŞOK VİDEObackend

DƏHŞƏT: Bu ərazidə raket partladı, alov səmaya qalxdı - ŞOK VİDEO

“Blue Origin”nə məxsus “New Glenn” raketi sınaq zamanı partlayıb.

KONKRET.az xəbər verir ki, hadisə Kanaveral burnunda mühərrik testləri zamanı baş verib.

Güclü partlayış nəticəsində səma narıncı rəngə boyanıb, ətraf ərazilərdə silkələnmə hiss olunub.

Şirkət hadisəni “anomaliya” adlandırıb.

Məlumata görə, raket gələn həftə planlaşdırılan peyk buraxılışı ərəfəsində sınaqdan keçirilirdi. Rəsmilər hadisə zamanı xəsarət alan olmadığını açıqlayıblar.

Ceff Bezos qəzanın səbəbinin araşdırıldığını bildirib. İlon Mask isə hadisəni şərh edərək “Raket texnologiyası mürəkkəbdir” deyə yazıb.

Məlumat üçün bildirək ki, Ceff Bezosun təsis etdiyi “Blue Origin” aerokosmik şirkətinə məxsus New Glenn ağır tipli, təkrar istifadə edilə bilən orbital raketdir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*