Benyamin Netanyahu bildirib ki, İsrail ordusuna Qəzza zolağının 70%-nə nəzarətin təmin olunması ilə bağlı tapşırıq verib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, İsrail mərhələli şəkildə bölgədəki nəzarət zonasını genişləndirir: əvvəllər ordunun nəzarətində ərazinin 50%-i olduğu halda, hazırda bu göstərici 60%-ə çatıb.
Baş nazir vurğulayıb ki, növbəti hədəf 70%-lik nəzarətin təmin edilməsidir.
Məlumata görə, Netanyahu bu açıqlamanı İordan çayının qərb sahilində keçirilən konfransda çıxışı zamanı səsləndirib.
CNN isə qeyd edir ki, aprelin sonunda İsrail Müdafiə Ordusu beynəlxalq humanitar təşkilatlara təqdim etdiyi xəritələrdə Qəzza ərazisinin təxminən 64%-nin İsrail hərbçilərinin nəzarətində olduğunu göstərmişdi.
Müşviq Tofiqoğlu
KONKRET.az
