İranla müharibəyə xərclənən pul amerikalıları dəhşətə gətirdi – ŞOK RƏQƏMLƏRbackend

İranla müharibəyə xərclənən pul amerikalıları dəhşətə gətirdi - ŞOK RƏQƏMLƏR

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 95,2 milyard dolları keçib.

KONKRET.az xəbər verir ki, bu barədə Iran War Cost Tracker portalı məlumat yayıb.

Məlumata görə, real vaxt rejimindən yenilənən hesablamalar Pentaqonun martın 10-da ABŞ Konqresinə təqdim etdiyi brifinqə əsaslanır. Bildirilir ki, münaqişənin ilk altı günündə Vaşinqton 11,3 milyard dollar xərcləyib, daha sonra isə hər gün əlavə 1 milyard dollar vəsait sərf olunacağı proqnozlaşdırılıb.

Məlumata əsasən, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hücumlar zamanı Tehran da daxil olmaqla ölkənin bir sıra iri şəhərləri hədəfə alınıb.

İslam İnqilabı Keşikçiləri Korpusu cavab əməliyyatına başladığını açıqlayıb.

Bildirilir ki, ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektlərinə də zərbələr endirilib. İran hakimiyyəti isə ABŞ, İsrail və onlara dəstək verən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı verib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*