Tramp İrandan tələblərini açıqladıbackend

Tramp İrandan tələblərini açıqladı

ABŞ Prezidenti Donald Tramp İrandan tələblərini açıqlayıb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o bu barədə “Truth Social” hesabında yazıb.

O bildirib ki, əvvəla, İran razı olmalıdır ki, heç vaxt nüvə silahına və ya bombasına sahib olmayacaq. Hörmüz boğazı dərhal açılmalıdır, heç bir rüsum olmadan, hər iki istiqamətdə məhdudiyyətsiz gəmiçilik hərəkəti təmin edilməlidir:

“Bütün su minaları (bombaları), əgər varsa, ləğv ediləcək (biz güclü sualtı minatəmizləmə gəmilərimizlə çox sayda belə minaları artıq partlayış yolu ilə zərərsizləşdirmişik). İran qalan bütün minaları dərhal çıxarmalı və ya, zərərsizləşdirməlidir, bu say çox olmayacaq!

Boğazda dəniz blokadası səbəbilə ilişib qalan gəmilərimizin qayıtma prosesinə başlamalıdır!

Heç bir pul mübadiləsi hazırda aparılmayacaq. Hazırda son qərarı vermək üçün Situasiya Otağında görüş keçirirəm. Diqqətiniz üçün təşəkkür edirəm!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*