Bayram qonaqlığına gedən ana və oğlunu sel apardıbackend

Bayram qonaqlığına gedən ana və oğlunu sel apardı

Türkiyənin Kocaeli vilayətində qohumlarını bayram ziyarətinə gedən ana və oğlu sel sularına düşərək ölüblər.

KONKRET.az bildirir ki, Əminə Yeni və oğlu Mustafa Yeni bayram ziyarəti etmək məqsədilə Bəylik kəndindən kvadrasiklla yola çıxıblar.

Ana və oğul Şevketiye kəndi yaxınlığında yerləşən çayı keçmək istəyərkən güclü axına qapılaraq sürükləniblər.

Yaxınları uzun müddət onlardan xəbər ala bilmədikdən sonra hadisə barədə aidiyyəti qurumlara məlumat verilib. Hadisə yerinə göndərilən xilasedici qruplar ərazidə genişmiqyaslı axtarış əməliyyatına başlayıblar.

Axtarış tədbirləri nəticəsində Mustafa Yeni və anası Əminə Yeninin meyitləri tapılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir./lent

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*