“Argentina BRİKS-ə qoşulmaq niyyətində deyil”.
KONKRET.az xəbər verir ki, bunu prezidentin xarici siyasət üzrə müşaviri və gələcək xarici işlər naziri Diana Mondino deyib.
“Argentina BRİKS-ə qoşulmayacaq” deyə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Diana Mondino bildirib ki, ölkənin yeni seçilmiş prezidenti Xavyer Mayli hökuməti BRİKS-ə qoşulmaq niyyətində deyil.
“Başa düşdüyüm kimi, bizi BRİKS-də iştirak etməyə dəvət etdilər, lakin dəvətin rəsmi qəbulu olmadı. BRİKS-ə qoşulmaq üçün kapital qoymalısınız və Argentina bunu edə bilməz”, – deyə Diana Mondino qeyd edib.
Burhan,
KONKRET.az
