“Arın əlimdən tutub deyir ki, Bakıya getmə…” – Xoşqədəm Hidayətqızıbackend

"Arın əlimdən tutub deyir ki, Bakıya getmə..." - Xoşqədəm Hidayətqızı

“Əkizlərimi uzun müddət idi ki, görmürdüm. Dörd gün öncə onlara sarılanda elə bildim ki, dünyanı mənə verdilər. Rəbbim heç bir ananı baladan ayırmasın, balalar valideynlərsiz yaşamasın. Çox çətindir”.

KONKRET.az xəbər verir ki, bu sözləri İnstaqram hesabında Xoşqədəm Hidayətqızı yazıb:

“Arın əlimdən tutub deyir ki, Bakıya getmə. Gecə belə yatanda əlimdən tutur ki, mən getsəm, əlimdən tutub, qoymasın. Onlarla keçirdiyim hər saniyə Allahımın mənə bəxş etdiyi ən böyük hədiyyəsidir. 2021-ci ildə bütün arzumuz həyata keçsin, sağlıq, hüzur, bütün insanların nəsibi olsun”.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı və Doğuş cütlüyünün Arda və Arın Adlı əkiz övladları var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*