Artur Ağacanov: “Zatulin bilərəkdən Ermənistan-Azərbaycan dialoquna xələl gətirir”backend

Artur Ağacanov: "Zatulin bilərəkdən Ermənistan-Azərbaycan dialoquna xələl gətirir"

Qarabağ Erməniləri Hərəkatının lideri Zatulini ittiham edib.

KONKRET.az xəbər verir ki, bu barədə Qarabağ Erməniləri Hərəkatının lideri Artur Ağacanov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.

O deyib ki, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin hərəkətləri Cənubi Qafqazda vəziyyətin sabitliyini pozmağa yönəlib.

Ağaçanov qeyd edib ki,  Zatulin iyunun 1-4-də Ermənistanda səfərdə olub.

  • “Səfərin məqsədi “mövcud ictimai-siyasi vəziyyət və Qarabağ münaqişəsinin həlli prosesi ilə tanışlıq” elan edilib. Bu səfər çərçivəsində Zatulin separatçıların keçmiş və indiki qondarma “liderləri” görüşüb.
  • Sual olunur ki, Zatulin onlarla hansı məqsədlə görüşüb? Fikrimcə, bu, cənab Zatulinin növbəti və məqsədli təxribatıdır.
  • Ona görə də belə səfərlər yalnız Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına ziyan vurur.
  • Zatulin və onun kimilər başa düşməlidirlər ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ləng və çətin olsa da, buna baxmayaraq, düzgün istiqamətdə gedir.
  • Bununla paralel olaraq Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası da həyata keçiriləcək. Və belə dağıdıcı səfərlər Azərbaycanın təşəbbüsü ilə regionda sülh gündəmini dayandıra bilməyəcək”, – deyə Ağacanov vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*