Erməni paralimpiyaçı avarçəkən sabah Macarıstanda keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək. İdmançının maliyyə çatışmazlığı səbəbindən turnirə getməyəcəyi bəlli olub. “Çempionatda iştirak edə bilmədim, çünki pul yoxdur”, – beş avarçəkəndən biri, paralimpiyaçı Artur Petrosyan öz Facebook səhifəsində belə bir status paylaşıb. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, hökumət idmançının Macarıstana səfərinin maliyyələşdirilməsi ilə bağlı hər hansı qərar verməyib. Təxminən iki ay yarım əvvəl Petrosyanın səfərinin maliyyələşdirilməsi məsələsinə baxılması ilə bağlı hökumətə müraciət edilib. Çempionatda iştirak etmək üçün idmançı maksimum 17 avqusta qədər yarışların keçirildiyi Macarıstanın Seget şəhərində olmalı idi.
N.Musayev
