“Cümə axşamı Arutyunyan Ruben Vardanyanın “vəzifə”sindən azad olunduğunu elan edəcək”
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Qəzet bildirir ki, “Arsax” “preziden”ti Arayik Arutyunyan fevralın 23-də “müraciət edəcək”.
“2020-ci ildə 9 noyabrdan sonra Qarabağın qarşısında duran ən mühüm imperativlərdən biri yaranan problemləri vaxtında aradan qaldırmaq üçün daxili həmrəylik və birliyin təmin edilməsi idi.
Buna baxmayaraq, ictimaiyyət arasında narazılıq və inamsızlıq mühiti hələ də davam edir. Bu da “hakimiyyət”i Qarabağın daxili həyatının sabitliyini və davamlı sülhünü təmin etmək istiqamətində əlavə addımlar atmağa məcbur edir.
Xəbərlər var ki, cümə axşamı Arutyunyan Ruben Vardanyanın “dövlət nazir”i vəzifəsindən azad olunduğunu elan edəcək.
Xatırladaq ki, Vardanyan bir müddət əvvəl “istefa” verməyəcəyini bildirdiyi üçün Ermənistan prezidentinin fərmanı ilə vəzifəsindən kənarlaşdırılacağına qərar verilib.
Bu, münaqişə nəticəsində deyil, qarşılıqlı razılaşma nəticəsində baş verəcək.
Vardanyan Qarabağda qalacaq. O, müxtəlif problemlərin həllinə yardım etməyə hazırlaşır.
Bəzi insanların Soros dairələri ilə əlaqələndirdiyi “prokuror” Qurgen Nersisyan dövlət naziri təyin olunacaq”, – deyə nəşr bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
