Arutyunyan Vardanyanın işdən çıxarılmasına görə Paşinyandan “xeyir-dua” almağa GETDİbackend

Arutyunyan Vardanyanın işdən çıxarılmasına görə Paşinyandan “xeyir-duaalmağa GETDİ

Arayik Paşinyanın yanına gedib və Vardanyanın işdən çıxarılmasına görə “xeyir-duasını” alıb.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın “Past” qəzeti yazıb. Qəzet qeyd edir ki, “Bu gün “Arsax” prezidenti”nin fərmanı ilə Ruben Vardanyan “dövlət naziri” vəzifəsindən azad ediləcək.

Nəşrin məlumatına görə, dünən Arayik Arutyunyan və “Arsax”ın baş prokuroru” Qurgen Nersisyan İrəvana gedib. Vardanyanın yerinə Nersisyanın “dövlət naziri” təyin olunması üçün Paşinyanın “xeyir-duasını” almağa onun yanına gediblər.

“Bu gün hamı “Arsax” “prezident”i Arayik Arutyunyanın müraciətini gözləyir. Bununla da “dövlət naziri” Ruben Vardanyan tutduğu “vəzifə”dən azad edilib və onun yerinə “prokuror” Qurgen Nersisyan təyin olunacaq.

Hətta müraciətin yayımlanma vaxtı da dərc olunub. Bizə məlumat verilib ki, Arutyunyan müraciəti saat 15:00-da “hökumət”in iclasında bəyan edəcək.

Onu da öyrəndik ki, dünən “Arsax” prezidenti” və “dövlət naziri” vəzifəsinə namizəd Ermənistana bir günlük gəlib. Qurgen Nersisyan təyin olunandan sonra iş zamanı fəsadların olmaması üçün Nikol Paşinyan və baş nazirin müavinləri ilə görüşüb. Onlar artıq Qarabağa qayıdıblar.

Ermənistana gediş-gəliş Rusiya sülhməramlıları tərəfindən həyata keçirilib. Laçın dəhlizinin “dövlət naziri” dəyişikliyindən və Beynəlxalq Haaqa Məhkəməsinin qərarından sonra açılacağı güman edilir. Lakin bunun nə qədər vaxt aparacağını heç kim deyə bilməz”, – deyə nəşr yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*