Asəf Hacıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıbbackend

Asəf Hacıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

KONKRET.az trend-ə istinadən xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Sizi və bütün Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan xalqı digər bayramlar kimi Ramazan bayramını da böyük ruh yüksəkliyi ilə qeyd etdi.

Sizin ardıcıl siyasətiniz və qətiyyətiniz bütün məsələlərdə özünü göstərir. Əminəm ki, Zati-alinizin Azərbaycan xalqının dəyərlərinə əsaslanan uğurlu siyasəti sayəsində ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini daha da möhkəmləndirəcəkdir.

Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə böyük uğurlar arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*