Qazaxıstan paytaxtında iki dəmir yolu stansiyası əvvəlki adlarına qayıdacaq.
KONKRET.az xəbər verir ki, Nur-Sultan “Astana”, “Nur-Sultan Nurlu Yol” təyinat məntəqəsi isə müvafiq olaraq “Nurlu Yol” adlandırılacaq.
Müvafiq qərar layihəsi açıq hüquqi aktların saytında dərc olunub. Sənədə əsasən, bir sıra digər stansiyaların da adları dəyişəcək. Məsələn, Qərbi Qazaxıstan vilayətinin inzibati mərkəzi olan Uralska qatarlar Oral stansiyasına gedəcək. Mangistau bölgəsində isə “Uzen” “Janaozen” stansiyası adlanacaq.
Hökumət yanında Respublika Onomastika Komissiyası bu stansiyaların adlarının dəyişdirilməsinə ötən ilin oktyabrında müsbət rəy verib.
Natiq Səlim,
KONKRET.az
