Astarada iki “Niva” toqquşdu – Xəsarət alanlar varbackend

Astarada iki “Niva” toqquşdu - Xəsarət alanlar var

Astara rayonunda iki minik maşını toqquşub.

KONKRET.az xəbər verir ki, qəza rayonun Təxtənəkəran-Toradi yolunun Əzərud kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Asğankəran kənd sakini, 1982-ci il təvəllüdlü Elbrus Şirməmməd oğlu Nurəliyevin idarə etdiyi 99-RU-056 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobillə qarşıdan gələn, Motlayataq kənd sakini, 1954-cü il təvəllüdlü Böyükağa Salman oğlu Əliyevin idarə etdiyi eyni markalı, 07- BJ-968​ dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Nəticədə Böyükağa Əliyevin idarə etdiyi avtomobil aşıb. Hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*