Atanın cəsədi meşədən, qızınınkı isə qəbiristanlıqdan asılı vəziyyətdə tapıldı – VİDEObackend

Atanın cəsədi meşədən, qızınınkı isə qəbiristanlıqdan asılı vəziyyətdə tapıldı - VİDEO

Türkiyənin Hatay vilayətində fərqli rayonlarda bir kişinin və azyaşlı qızının ağacdan asılı vəziyyətdə meyitləri tapılıb.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çingiz Karataş ayrı yaşadığı suriyalı arvadı Şvazen Zadedən olan yeddi yaşlı qızı Dilan Karataşı birgə vaxt keçirmək üçün özü ilə aparıb.

Onun dediyi saatda gəlməməsindən narahat olan qadın bu barədə polisə xəbər verib. Axtarış zamanı Ç.Karataşın cəsədi meşədə, uşağın cəsədi isə qəbiristanlıqda ağacdan asılmış halda tapılıb.

Faktla bağlı araşdırma başlayıb.

Ç.Karataşın həbsdən təzə çıxdığı bildirilir. İlkin versiya kimi onun əvvəl qızını, sonra isə özünü asdığı ehtimal edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*