“Atletiko” “İnter”ə, PSV “Borussiya”ya qarşıbackend

“Atletiko” “İnter”ə, PSV “Borussiya”ya qarşı

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

KONKRET.az xəbər verir ki, son gündə 2 qarşılaşma baş tutacaq.

Dortmund “Borussiya”sı Almaniyada da Niderland təmsilçisi PSV ilə qarşılaşacaq. İlk oyunda qalib müəyyənləşməyib – 1:1.

Madrid “Atletiko”su isə İspaniyada İtaliya nəhəngi “İnter”lə üz-üzə gələcək. İlk oyunda Milan təmsilçisi 1:0 hesabıyla qalib gəlib.

“Mançester Siti”, “Real”, PSJ, “Bayern”, “Barselona” və “Arsenal” artıq 1/4 finala vəsiqəni təmin ediblər.

UEFA Çempionlar Liqası

1/8 finalın cavab oyunları

13 mart

“Atletiko” (İspaniya) – “İnter” (İtaliya)
İlk oyun – 0:1.

“Borussiya” (Almaniya) – PSV (Niderland)
İlk oyun – 1:1.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*