Bu gün səhər saatlarında Abşeron rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub.
KONKRET.az-ın məlumatına görə, “Chevrolet” markalı avtomobili idarə edən yetkinlik yaşına çatmayan sürücü 34 yaşlı Fəridə adlı qadını vurub. Məlumata görə, o, 4 yaşlı autizmli övladını bağçaya qoyduqdan sonra evə qayıdırmış.
İki uşaq anası olan Fəridənin digər övladının 13 yaşı var.
Qeyd edək ki, Fəridənin 35 yaşı tamam olmasına üç gün qalıbmış.
