AVRO-2020-nin adı dəyişməyəcəkbackend

AVRO-2020-nin adı dəyişməyəcək

Koronavirus pandemiyası üzündən bir il müddətinə təxirə salınan AVRO-2020 adını dəyişməyəcək.

KONKRET.az-ın məlumatına görə, bu xəbəri UEFA-nın mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, yarış 2021-ci ildə keçirilsə də rəsmi adı “UEFA AVRO-2020” kimi qalacaq.

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsi 2021-ci il iyunun 11-dən iyulun 11-dək 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək.

ApaSport

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*