Avronestdən Ermənistana AĞIR ZƏRBƏ: Yeddi qətnamə RƏDD EDİLDİbackend

Avronestdən Ermənistana AĞIR ZƏRBƏ: Yeddi qətnamə RƏDD EDİLDİ

Avronest PA Ermənistanın Laçın-Xankəndi yolu ilə bağlı 7 qətnaməsini rədd edib.

KONKRET.az xəbər verir ki, Moldovanın paytaxtı Kişinyovda Avronest Parlament Assambleyasının 10-cu sessiyası başa çatıb.

Ermənistan nümayəndə heyəti 10-cu sessiyanın yekun sənədinə düzəlişlər təklif edib.

Dəyişikliklərə “Laçın dəhlizinin açılması”, “Dağlıq Qarabağdan blokadanın götürülməsi”, “Azərbaycan ordusunun Ermənistan ərazisindən çıxarılması”, “ATƏT-in Minsk Qrupunun fəallaşması” kimi çağırışlar yer alıb.

Nəticədə Ermənistan nümayəndə heyətinin bütün layihələri Assambleya nümayəndələri tərəfindən rədd edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*