Brüsseldə fermerlərin ara verməyən etirazları bu gün də davam edib.
KONKRET.az xəbər verir ki, Avropa Birliyinin Baş Qərargahının yerləşdiyi paytaxt Brüsseldə fermerlər traktorlarla küçələrə çıxıblar.
Vergilərin ağırlığı, artan xərclər və ucuz idxala etiraz aksiyanın əsas səbəblərindəndir. Fermerlər tələblərinə daha çox diqqət çəkmək məqsədilə səhər saatlarından traktorlarla Avropa İttifaqı liderlərinin sammitinin keçirildiyi Brüssel küçələrinə çıxıblar.
Belçika və digər Avropa ölkələrindən gələn fermerlər traktorlara ““Əkinçi yoxdursa, qida da yoxdur”” yazılmış pankart asıblar.

Aİ Parlamentinin qarşısındakı meydan traktorlarla dolub və fermerlər tonqallar yandıraraq atəşfəşanlıq ediblər. Binaya yumurtalar atılıb.
Polis AB-nin ürəyi sayılan Brüsseldə təxminən 1000 traktorun əsas küçələri bağladığını açıqlasa da, etirazçıların bu rəqəmdən çox olduğu güman edilir. Bölgəyə çox sayda çevik polis qrupları göndərilib.
Qeyd edək ki, avropalı fermerlər AB-ni “Yaşıl sövdələşmə” çərçivəsində karbon gübrələri və pestisidlərin istifadəsinə dair sərt qaydalar tətbiq etməklə kənd təsərrüfatı istehsalını çətinləşdirdiyinə görə tənqid edirlər.
Polşa və Rumıniyada ucuz Ukrayna taxılının idxalına qadağa tələbi ön plana çıxsa da, Fransada yanacağın qiymətinin artırılması, İtaliyada isə istehsal xərclərinin artması narazılıqları artırıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Rusiyaya o boyda yumurta göndərirsiz , bir heç olmasa 50÷60 latok yumurta da bizdən pay göndərin etirazçılara, parlament binasını yumurta atəşinə tutmağa.