“Avropa İttifaqı Azırbaycanın siyasi taktikasını dəstəkləyir” – Badalyanbackend

"Avropa İttifaqı Azərbaycanın siyasi taktikasını dəstəkləyir" - Badalyan

“Bu gün Azərbaycan yalnız öz şərtləri və öz gündəliyi əsasında sülhə sadiqdir”.

KONKRET.az xəbər verir ki, belə bir sərsəm açıqlama ilə erməni politoloq Akop Badalyan çıxış edib.

O bildirib ki, Azərbaycanın Qarabağ ermənilərinə humanitar yardım göstərilməsi ilə bağlı təklifi öz yanaşmalarını məcbur etmək üsuludur.

“Azərbaycanın bu addımının faktiki olaraq Aİ-nin razılığını alması son dərəcə təhlükəlidir. Biz Mişel, Klaarın ifadələrini gördük. Bu o deməkdir ki, Azərbaycanın yürütdüyü siyasət təsdiqlənib. Bu ən ciddi problemdir. Və belə bir vəziyyətin yaradılması Azərbaycanın məqsədlərindən biri idi”, – deyə Akop Badalyan əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*