Avropa İttifaqı bu ölkələrə sanksiyalar tətbiq etdibackend

Avropa İttifaqı bu ölkələrə sanksiyalar tətbiq etdi

Avropa İttifaqı Qazaxıstanda yerləşən bir sıra şirkətləri ikili təyinatlı malların və texnologiyaların ixracına dair daha sərt məhdudiyyətlərin tətbiq olunduğu təşkilatlar siyahısına əlavə edib.

ildırım musayev
İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, iyulun 23-də Aİ Şurası Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib. Yeni siyahıya ümumilikdə 51 şirkət daxil edilib. Onların bəziləri Qazaxıstan, Qırğızıstan, Çin (o cümlədən Honkonq), Hindistan, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərir.

Aİ hesab edir ki, bu şirkətlər Rusiyaya ixrac məhdudiyyətlərindən yan keçməyə kömək edir. Söhbət əsasən mikroelektronika, rəqəmsal proqramla idarə olunan dəzgahlar (CNC), yarımkeçiricilərin emalı üçün avadanlıqlar və digər həssas texnologiyaların tədarükündən gedir.

Aİ Şurasının açıqlamasında Qazaxıstanda yerləşən şirkətlərin sayı və adları göstərilməyib.

Bundan əlavə, sanksiya siyahısına 41 gəmi də əlavə olunub. Aİ bu gəmiləri Rusiyanın “kölgə donanması” kimi qiymətləndirir.

Ümumilikdə, yeni sanksiyalar paketi çərçivəsində 218 fiziki və hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edilib. Siyahıya 48 nəfər və 170 şirkət və digər qurum daxildir.

Aİ həmçinin banklara, kriptovalyuta platformalarına, neft emalı müəssisələrinə və Rusiyanın hərbi-sənaye kompleksində fəaliyyət göstərən qurumlara qarşı da yeni məhdudiyyətlər tətbiq edib.

Qeyd edək ki, yaz aylarında Qazaxıstanda fəaliyyət göstərən şirkətlərdən biri artıq Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi 20-ci sanksiyalar paketinə daxil edilmişdi.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*