Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların vaxtını uzatdıbackend

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların vaxtını uzatdı

Avropa İttifaqı ölkələrinin Daimi Nümayəndələr Komitəsi 2014-cü ildə Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların daha altı ay uzadılması barədə razılığa gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı Aİ-dəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Müvafiq qərar iyulun 22-də Aİ xarici işlər nazirlərinin görüşündə rəsmi olaraq təsdiqlənəcək.

Qeyd olunur ki, Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər sonuncu dəfə yanvarın sonunda altı ay – 2024-cü il iyulun 31-dək uzadılıb.

Qeyd edək ki, Avropa İttifaqı Rusiya Federasiyasına qarşı Krımın Rusiyaya birləşdirilməsindən sonra ilk dəfə tətbiq edilən köhnə fərdi sanksiyaların müddətini altı ay uzadıb.

Bu qərarlar 15 sentyabr 2024-cü il tarixinədək qüvvədə olacaq.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*