Avropa İttifaqından Moldovaya dəstək bəyanatıbackend

Avropa İttifaqından Moldovaya dəstək bəyanatı

“Moldovanın Dnestryanı bölgəsində baş verən son hadisələr ölkənin sabitliyinə xələl gətirir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell yazılı açıqlamasında bildirib.

Borrell son hadisələrin Moldovanın təhlükəsizliyinə və sabitliyinə zərər vurduğunu da qeyd edib:

“Avropa İttifaqı məsul tərəfləri vəziyyətin daha da pisləşməsinin qarşısını almağa çağırır. Biz Moldova rəsmilərinin ölkədə sakitliyin qorunmasına kömək edən təmkinli cavablarını alqışlayırıq”.

Həmçinin Borrell Aİ-nin Moldova ilə həmrəyliyini, onun beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə ölkənin suverenliyinə və müstəqilliyinə sarsılmaz dəstəyini vurğulayıb.

Qeyd edək ki, Sovet İttifaqının dağılmasından sonra bölgənin dondurulmuş münaqişələrindən biri olan Dnestryanı Rusiya-Ukrayna müharibəsi zamanı yenidən gündəmə gəlib.

Rusiyayönlü separatçıların nəzarətində olan Dnestryanıda rus dilində yayımladığı iddia edilən radio mərkəzinə hücum edilib və antenalar yararsız hala düşüb. Dnestryanı bölgənin qondarma paytaxtı Tiraspolda yerləşən “Dövlət Təhlükəsizliyi Nazirliyi”nin binası da raket atəşinə tutulub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*