Biz Ermənistana 5,2 milyon avro ayırmışıq.
KONKRET.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirib.
“Mən bu gün Ermənistanın baş nazirinə deyəcəyəm ki, biz bu məbləği iki dəfə artıraraq 10,2 milyon avroya çatdırmaqdan xoşbəxtik. Və Ermənistanın büdcəsi üçün daha 15 milyon avro yardım etdiyimizi deyə bilərəm”, – fon der Leyen deyib.
Ariz Həsənoğlu,
KONKRET.az
