Avropa Parlamenti və Avropa Komissiyasının rəhbərləri İsrailə gəldilərbackend

Avropa Parlamenti və Avropa Komissiyasının rəhbərləri İsrailə gəldilər

Avropa Parlamentinin sədri Roberta Metsola və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen İsrailə səfər ediblər.

KONKRET.az xəbər verir ki, Metsola girovların dərhal azad edilməsinə çağırış edəcək, həmçinin Qəzzada humanitar dəhliz yaradılması və mülki infrastrukturun qorunmasını xahiş edəcək.

“İsrailin nəsillər boyu yaşadığı ən dəhşətli terror hücumundan sonra həmrəylik mesajı ilə buradayıq”, – Metsola sosial mediada yazıb.

“Terror qalib gəlməyəcək. Necə cavab verəcəyimiz önəmlidir.Həması dayandıra bilərik, etməliyik. Biz humanitar nəticələri azaltmaq üçün mümkün olan hər şeyi edirik”, – diplomat əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*