Avropada 600 min insan iş yerini İTİRƏCƏKbackend

Avropada 600 min insan iş yerini İTİRƏCƏK

Avropada elektromobil istehsalına keçid 600 min  yerinin itirilməsinə səbəb olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Aİ-nin daxili bazar üzrə komissarı Tyerri Breton “Corriere della Sera” qəzetinə müsahibəsində deyib:

“Avropa avtomobil sektorunda 12,7 milyon insan çalışır ki, bu da Aİ-də bütün məşğulluğun 6,6%-ni təşkil edir. Elektromobillərə keçid Aİ-də 600 min iş yerinin itirilməsinə səbəb olacaq”.

Breton elektrik enerjisi istehsalçılarından ibarət xüsusi komitənin yaradılması planlarından da danışıb:

“2030-cu ilə qədər bizə 6,8 milyon enerji doldurma məntəqəsi lazım olacaq. Hazırda 350 min məntəqə var, onların da 70%-i Fransa, Almaniya və Hollandiyadadır“.

O hesab edir ki, elektromobillərə effektiv keçidi həyata keçirmək üçün 2026-cı ilə qədər xüsusi fond yaratmaq lazımdır.

Onun hesablamalarına görə, 2050-ci ilə qədər istifadədə olan avtomobillərin 20%-i daxili yanma mühərrikləri ilə işləyəcək.

Noyabrın 9-da o, avtomobil emissiyaları üçün ekoloji tələbləri sərtləşdirmək və havanın keyfiyyətini yaxşılaşdırmaq üçün Avro 7 tənzimləməsini təklif etmək niyyətindədir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*