Avropada günün maraqlı futbol qarşılaşmaları – AFİŞAbackend

Avropada günün maraqlı futbol qarşılaşmaları - AFİŞA

Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol matçları keçiriləcək.

KONKRET.az xəbər verir ki, İngiltərə Premyer Liqasında çempionluğu rəsmiləşən “Mançester Siti” “Çelsi”ni qonaq edəcək. Matç saat 19:00-da (Bütün oyunların saatı Bakı vaxtı ilə göstərilib – red.) start götürəcək.

Fransa Liqa 1-də bu gün çempion müəyyənləşə bilər.

“Lans” səfərdə “Loryan”a uduzacağı təqdirdə PSJ “Oser”lə matçda bir xal qazana bilsə, mövsümün qalibi olacaq.

“Lans” heç-heçə edərsə, bu zaman qələbə PSJ-ni çempion edəcək.

Almaniya Bundesliqasında lider dəyişə bilər. “Bavariya”nın dünən “Leypsiq”ə məğlubiyyətindən sonra Dortmund “Borussiya”sı üçün zirvəni ələ keçirmək fürsəti yaranıb. Edin Terziçin komandası saat 19:30-da start götürəcək oyunda “Auqsburq”u yensə, son tura “Bavariya”dan iki xal üstün yollanacaq.

İtaliya A Seriyasında çempion “Napoli” “İnter”i qəbul edəcək.

Görüş saat 20:00-da başlayacaq. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan

“Latsio” isə “Udineze”nin qonağı olacaq. İspaniya La Liqasında ikincilik uğrunda yarışan komandalar meydana çıxacaqlar.

“Atletiko” saat 18:15-də “Osasuna”nı sınağa çəkəcək.

Saat 20:30-da isə “Real Madrid” “Valensiya”nın qonağı olacaq. Hazırda “kral klubu” 71 xalla 2-ci, “hindular” 69 xalla 3-cüdür.

Avropada günün maraqlı futbol matçları 21 may İngiltərə Premyer Liqası

19:00. “Mançester Siti” – “Çelsi”

Fransa Liqa 1

19:05. “Loryan” – “Lans”

22:45. “Oser” – PSJ

Almaniya Bundesliqası

19:30.

“Auqsburq” – “Borussiya” (Dortmund)

İtaliya A Seriyası

20:00. “Napoli” – “İnter”

22:45. “Udineze” – “Latsio”

İspaniya La Liqası

18:15. “Atletiko” – “Osasuna”

20:30. “Valensiya” – “Real Madrid”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*