Ağdamda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində baş verib.
Belə ki, Natiq Bayramovun idarə etdiyi “Mersedes ML” markalı minik maşını yolu keçmək istəyən iki qadını vurub.
Hər iki yaralı xəstəxanaya çatdırılsa da onlardan biri 1953-cü il təvəllüdlü Hətəmova Məlahət Aslan qızı həyatını itirib. 1975-ci il təvəllüdlü Hacıyeva Gülşən Siyasət qızı isə ağır bədən xəsarətləri alıb.
Əraziyə Ağdam rayon polis şöbəsinin əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma başladılıb.
