Axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldıbackend

Axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı

Gürcüstanda İnterpolun “qırmızı bülleteni” ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, həmin şəxs Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında xuliqanlıq və başqasının əmlakına qəsdən ziyan vurma ittihamları ilə axtarışda olub.

İstintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı “Sarpi” gömrük-keçid məntəqəsinin ərazisində saxlanılıb.

Hazırda saxlanılan şəxslə bağlı qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*