Bir qrup vətəndaş hökumət binasına Paşinyan üçün qələm gətirib.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Müxtəlif ölkələrin sosial şəbəkəlində Baş nazirin “Hayastan” fondunun iclasından yayılmış görüntüsü erməniləri utandırıb və qəzəbləndirib.
Onlar içlasda görüş zamanı Paşinyanın pencəyinin daxili cibinə qələm qoyduğu kadrlara hiddətlərini bu cür ifadə ediblər.
“Ayıbdır, ölkəni təmsil edir, qələmi yoxdursa, verərik”, – deyə qadınlardan biri qələmləri polisin ayağının altına atıb.
Qeyd edək ki, qələmlə çəkilmiş kadrlar gürcü mətbuatında da yayılıb. Bu, erməniləri daha çox özlərindən çıxarıb.
“Azərbaycan düşmənimizdir, onlar yazır, biz də cavab veririk. Amma yaxın qonşularımız gürcülərdən isə bunu gözləmirdik. Onlar da bizi ələ salır, gülür, Paşinyana görə gülüş obyekti olmuşuq”, – deyə ermənilər bildiriblər.
Xuraman Etibarlı,
KONKRET.az