Ayqul Japarova Mehriban Əliyevaya məktub göndərdibackend

Ayqul Japarova Mehriban Əliyevaya məktub göndərdi

Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova Birinci vitse-prezident Mehriban Əliyevaya Novruz bayramı münasibətilə təbrik məktubu göndərib.

KONKRET.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Mehriban xanım.

Təbiətin yenilənməsinin rəmzi olan Novruz bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Tarixən birliyi, harmoniyanı və qarşılıqlı anlaşmanı tərənnüm edən Novruz bayramı saf düşüncələrlə, nəcib arzularla yeni ilin başlanğıcı kimi qeyd olunur.

Qoy Novruz bayramı parlaq anlarla, səmimi görüşlərlə dolu yeni imkanların başlanğıcına çevrilsin.

Hörmətli Mehriban xanım, Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*