İtaliyada futbol stadionu qonaq sektorunda baş verən yanğından sonra yararsız vəziyyətə düşüb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, insident C seriyasında keçirilən “Taranto” – “Fodca” matçından (2:0) sonra baş verib.
Məlumata görə, qonaq komandanın azarkeşlərinin olduğu sektorda baş verən yanğından sonra stadion yararsız vəziyyətə düşüb. Yanğının səbəblərindən biri də plastik materialı alovlandıran tüstü bombası olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
“Fodca” klubunun mətbuat xidməti səlahiyyətli orqanlarla əməkdaşlığa hazır olduqlarını və cinayəti törədənlərin müəyyən ediləcəyini bildirib.
Depois do Derby Taranto – Foggia vencido pelos locais (Série C), os ultras visitantes queimaram parte do estádio. Não houve feridos.
O que aconteceu está a ser investigado, mas o estádio sofreu graves danos. pic.twitter.com/NRuBhE33ji
— GonçaloDias17 (@goncalo_diass17) September 6, 2023
İqbal Rzayev,
KONKRET.az
