“Azərbaycan “Artsax”a qarşı “anakonda taktikası”nı seçib, boğmağa çalışır və daim sıxır”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikiri qondarma rejimin naziri işləmiş Ayk Xanumyan səsləndirib:
“Davamlı iş, təşəbbüs, çeviklik və cəsarət tələb olunduğu bu çətin dövrdə “Artsax”ın dövlət naziri vəzifəsində narsisistik və anlaşılmazlıq hökm sürür. İcra hakimiyyətindəki cinayətkar hərəkətsizlik və fəaliyyət qabiliyyətinin olmaması ölümcül nəticələrə gətirib çıxarır. Elementar problemləri həll edə bilməmək ölkəni çətin vəziyyətə düçar edir”, – Xanumyan vurğulayıb.
“Bütün bunlara ölkədə nəsə etmək üçün siyasi iradənin olmamasını da əlavə etsək, çox acınacaqlı mənzərə yaranır. Bir sözlə, məsuliyyətsizliklərdən və anlaşılmazlıqlardan xilas olmaq təcilidir. Yalnız məsuliyyəti öz üzərinə götürməyə hazır, problemləri həll etmək iradəsi olan komandalar bizi bu vəziyyətdən çıxara bilər. Artıq laboratoriya təcrübəmiz üçün vaxtımız yoxdur”, – deyə Xanumyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
