Azərbaycan Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırırbackend

Azərbaycan Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır

Azərbaycan 2022-ci ildə Avropaya qaz ixracını 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda energetika naziri Pərviz Şahbazov deyib.

“Trans-Adriatik Boru Kəməri istismara veriləndən indiyədək Avropaya 9,7 milyard kubmetr qaz ixrac edilib. Bu il Türkiyəyə qaz ixracımızın həcmi 8,2 milyard kubmetrə, Avropaya isə artırılaraq 9,1 mlrd. kubmetrə çatacaq”,- deyə Pərviz Şahbazov bildirib.

Nazir vurğulayıb ki, ölkənin qaz ehtiyatları, mövcud infrastruktur və müxtəlif ölkələrin Azərbaycan qazına marağı Trans-Adriatik Boru Kəmərinin tərkib hissəsi olan Cənub Qaz Dəhlizinin genişləndirilməsini aktuallaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*