Azərbaycan bədii gimnastika üzrə DÇ-yə ev sahibliyi edəcəkbackend

Azərbaycan bədii gimnastika üzrə DÇ-yə ev sahibliyi edəcək

Azərbaycanın 2027-ci il 15-19 sentyabr tarixlərində bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə qərar mayın 14-ü və 15-də Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Gimnastika Federasiyasının Şurasının iclasında səsvermə yolu ilə qəbul edilib.

Qeyd edək ki, yarışı təşkil etmək üçün Azərbaycanla yanaşı, İsrail də namizədliyini irəli sürmüşdü.

Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 3-cü dünya çempionatı olacaq. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə də bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*