Ermənistanda səfərbərliyin olmaması və Azərbaycan tərəfinin say baxımından üstünlüyü Azərbaycanın Qarabağdakı müharibədə uğur qazanmasını təmin etdi.
KONKRET.az xəbər verir ki, bunu hərbi ekspert Vladimir Yevseyev 20 noyabrda “Sputnik Armenia”nın efirində söyləyib.
Ekspert sonra deyib ki, “Başlanğıcda Ermənistan və Azərbaycan arasındakı qüvvələr nisbəti kadr baxımından təxminən birə üç idi. Özüyeriyən toplarda çox ciddi üstünlük var idi. Erməni tərəfi əsasən, yedək topları ilə təchiz edilmişdi. Üstəlik həm də müasir tanklarda, eləcə də zirehli piyada maşınlarında Azərbaycanın ciddi üstünlüyü var idi. Bu üstünlük sayəsində Azərbaycan əhəmiyyətli bir hücum potensialı yaratmağı bacardı. Qarabağda ermənilərin qurduğu güclü müdafiə xətti ilə belə bir gücə müqavimət göstərmək mümkün deyildi. Ən əsası, Azərbaycan əsgər heyətlə hücum etməyə başladıqda, erməni tərəfi də şəxsi heyət yerləşdirməli idi, ancaq səfərbər olunmadı”.
Surxay Atakişiyev,
KONKRET.az
