Azərbaycan cüdoçuları Avropa kubokunda birinci oldubackend

Azərbaycan cüdoçuları Avropa kubokunda birinci oldu

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə yeniyetmələr arasında Avropa kubokuna yekun vurulub.

KONKRET.az xəbər verir ki, 6-7 may tarixlərində  Göygöl Olimpiya İdman Kompleksində keçirilən yarışda Azərbaycan cüdoçuları 7 qızıl, 5 gümüş, 9 bürünc medal əldə edib.

Cüdoçularımız turnirin ilk günündə 6 qızıl, 5 gümüş və 5 bürünc medal, ikinci günündə isə 1 qızıl və 4 bürünc medala sahib olub. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 2-ci yeri tutub.

İkinci günün medalçılarını təqdim edirik:

Oğlanlar

-81 kq
Hüseyn Eyvazlı bürünc medal

-90 kq
Tuncay Şamil bürünc medal

+90 kq
Ramazan Əhmədov qızıl medal
Rəsul Şəmədli bürünc medal
Eldar Əliyev bürünc medal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*