Sabah Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərini Gəncəyə dəvət edirik ki, Ermənistanın əməllərini gözləri ilə görsünlər”.
KONKRET.az xəbər verir ki, , bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
- Hacıyev deyib ki, eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşeləri Mingəçevir şəhərinə də dəvət olunur ki, Ermənistanın Su Elektrik Stansiyasını vurmaq cəhdlərini öz gözləri ilə görsünlər.
