Azərbaycan MDB-nin sazişinə qeyd-şərtlə qoşuldubackend

Azərbaycan MDB-nin sazişinə qeyd-şərtlə qoşuldu

Prezident İlham Əliyev “Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanunu imzalayıb.

KONKRET.az xəbər verir ki, qanuna əsasən Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Astana şəhərində keçirilmiş 2018-ci il 2 noyabr tarixli iclasında imzalanmış “Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol” Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*