Millimiz Estoniyaya qalib gələ bilmədi – YENİLƏNİBbackend

Millimiz Estoniyaya qalib gələ bilmədi - YENİLƏNİB

Azərbaycan – Estoniya qarşılaşması 1-1 hesabı ilə yekunlaşdı.

***

21:29

AVRO-2024-ün seçmə mərhələsinin III turunda keçirilən Azərbaycan – Estoniya oyununda ikinci qol vurulub.

KONKRET.az-ın məlumatına görə, “Dalğa Arena”da baş tutan görüşdə meydan sahibləri hesabı bərabərləşdiriblər – 1:1.

62-ci dəqiqədə künc nöqtəsindən ötürülən topu başla qapıdan keçirən Anton Krivotsyuk qonaqları mərkəzə dəvət edib.

***

21:19

“Avro-2024″ün seçmə mərhələsinin üçüncü turu çərçivəsində keçirilən Azərbaycan–Estoniya oyununda birinci hissə başa çatıb.

KONKRET.az xəbər verir ki, “Dalğa Arena”da keçirilən matçın birinci hissəsi Estoniya yığmasının minimal üstünlüyü ilə başa çatıb – 1:0.

İlk hissənin 27-ci dəqiqədə Martin Miller fərqlənib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi matçlarda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*