Azərbaycan MN-dən Ermənistana növbəti XƏBƏRDARLIQbackend

Azərbaycan MN-dən Ermənistana növbəti XƏBƏRDARLIQ

Azərbaycan Müdafiə Nazirliyi dövlət sərhədində təxribat törədən Ermənistana növbəti dəfə xəbərdarlıq edib.

KONKRET.az-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub”, – nazirlikdən deyilib.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələri növbəti təxribat törətdib. Təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*